CƏFƏROV Müşfiq Cəfər oğlu

Dairə: 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

1981-ci il iyulun 26-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr pilləsini, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr pilləsini, eləcə də ABŞ-ın Minnesota Universitetinin Dövlət idarəçiliyi təhsil kursunu bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
2005–2009-cu illərdə Gəncə şəhərində «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin sədri, 2009–2011-ci illərdə sədr müavini, 2012–2013-cü illərdə Oğuz rayonunda «AFRA» LTD MMC-nin icraçı direktoru olmuş, 2013– 2020-ci illərdə Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Hindistan, İtaliya, Koreya, Özbəkistan, Rumıniya, Serbiya, Tailand, Ukrayna, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU