MİRZƏZADƏ Aydın Böyükkişi oğlu

Dairə: 47 saylı Mingəçevir seçki dairəsi

1957-ci il iyulun 2-də Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. 13 kitabın, o cümlədən 1 dərsliyin müəllifidir. Rus və ingilis dillərini bilir.
1980–1982-ci illərdə hərbi xidmət keçmiş, 1982-ci ildən Mingəçevir şəhərində Azərbaycan DRES tikintisi gənclər qərargahının rəisi, siyasi maarif kabinetinin müdiri, 1992-ci ildən «Səda» qəzetinin müxbiri, Mingəçevir Quraşdırma İdarəsinin şöbə rəisi işləmişdir. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, 1995-ci ildən müavini, 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İran, İsrail, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU