AĞAZADƏ Əminə Həmid qızı

Dairə: 57 saylı Kürdəmir seçki dairəsi

1980-ci il martın 26-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, eləcə də Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. Ədliyyə müşaviridir. «Prokurorluğun fəxri işçisi» döş nişanı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Beynəlxalq Prokurorlar Assosiasiyasının və Beynəlxalq Antikorrupsiya Qu¬rumları Assosiasiyasının fərdi üzvüdür.
2002–2004-cü illərdə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda stajormüstəntiq, 2004–2006-cı illərdə Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışmış, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorlu¬ğu Beynəlxalq əlaqələr şöbəsinin prokuroru vəzifəsinin icraçısı, 2007–2011-ci illərdə Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru, 2011–2020-ci illərdə böyük prokuror-metodisti olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Çili, Gürcüstan, Meksika, Rusiya, Serbiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
MDB-nin Parlamentlərarası Assambleyasında və ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. 
Evlidir, 1 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU