CƏFƏROVA Tamam Şaməmməd qızı
1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Elmi məqalələr və metodiki tədris vəsaitlərinin müəllifidir. Rus və ingilis dillərini bilir.
1981–2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, dosenti, 2007–2019-cu illərdə Bakı Dövlət Universitetinin dosenti vəzifələrində çalışmışdır. 2019-cu ildən Azərbaycan Dillər Universitetinin prorektoru, dosentidir. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2 övladı var.
Elm və təhsil komitəsi
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qvatemala parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Aytəkin Mehdiyeva