ALIYEV Sahib Eyvaz oğlu

Dairə: 95 saylı Tərtər seçki dairəsi

1964-cü il yanvarın 2-də Ermənistan Respublikası Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əməkdar jurnalistdir. Rus və alman dillərini bilir.
1982–1984-cü illərdə hərbi xidmət keçmiş, 1984–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Moskvada xüsusi müxbiri, şərhçisi, 1992–1994-cü illərdə baş redaktor müavini, 1995–1998-ci illərdə «Panorama», «Avrasiya» qəzetlərinin baş redaktoru, 1998-ci ildən «ANS» televiziya şirkətinin redaktoru, 2001-ci ildən «Mərkəz» qəzetinin baş redaktoru, 2003-cü ildən «Lider» televiziyasının redaktoru və siyasi icmalçısı olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri, 2007–2010-cu illərdə «Lider» televiziyasında siyasi icmalçı, analitik qrupun rəhbəri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Avstriya, Belarus, Kanada, Qazaxıstan, Malta, Niderland, Özbəkistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU