ELŞAD Mirbəşir oğlu

Dairə: 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi

1977-ci il iyulun 27-də Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Politologiya ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Siyasi elmlər doktorudur. 3 monoqrafiya, 1 dərslik, 6 tədris proqramı və 60-dan çox elmi məqalənin müəllifidir. Alman və rus dillərini bilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
2002–2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının müəllimi olmuş, 2016–2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri vəzifəsində çalışmışdır. 2019-cu ilin martından Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü və sədr müavinidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının professorudur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İran, İsrail, Qazaxıstan, Meksika, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU