ƏLİYEVA Kamilə Əli Ağa qızı
1967-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 110 elmi əsər, 6 dərslik və dərs vəsaitinin müəllifidir. Rus, ingilis və ərəb dillərini bilir.
1989-cu ildən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Bitki fiziologiyası kafedrasının baş laborantı, Genetika və təkamül təlimi kafedrasının laborantı, baş laborantı, müəllimi, baş müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır. Hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Gürcüstan, Litva, Macarıstan, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.