MƏMMƏDOV Ceyhun Valeh oğlu
1975-ci il yanvarın 28-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar fənlər fakültəsini bitirmişdir. İlahiyyat üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir. Ərəb və rus dillərini bilir.
1998–2001-ci illərdə «İrşad» İslam Araşdırmaları Mərkəzində tərcüməçi-referent işləmiş, 2001–2013-cü illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş mütəxəssis, bölmə müdiri, şöbə müdiri, 2013–2015-ci illərdə «Avrasiya» MMC-də tərcüməçi, AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük elmi işçi, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2018–2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Qətər, Mərakeş, Özbəkistan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir.
Evlidir, 1 övladı var.