QULİYEV Nizami Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 73 saylı Gədəbəy
1956-cı il avqustun 17-də Gədəbəy şəhərində anadan olmuşdur. Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 1996-cı il fevralın 4-də 73 №-li Gədəbəy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU