VAHABZADƏ Bəxtiyar Mahmud oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 80 saylı Oğuz–Şəki–Yevlax –Mingəçevir
1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professordur. Azərbaycanın xalq şairi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimidir. "İstiqlal" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 80 №-li Oğuz-Şəki-Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU