ƏLİYEV Cəlal Əlirza oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 81 saylı Saatlı
1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının xarici üzvü, Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Biologiya elmləri doktoru, respublikanın əməkdar elm xadimidir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabnn 12-də 81 №-li Saatlı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU