HÜSEYNOV Şadman Bahlul oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb institutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Azərbaycan Milli İstiqlal Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU