NOVRUZOV Samur Həsən oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 88 saylı Tovuz kənd
1938-ci il mayın 25-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasının əyani aspiranturasını bitirmişdir. Tarix elmləri namizədidir. Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 88 №-li Tovuz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU