SƏFƏROV Səttar İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 89 saylı Ucar-Göyçay
1937-ci il iyulun 18-də Ermənistan Respublikası Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus və erməni dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 89 №-li Ucar-Göyçay seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının sədridir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU