İSMAYILOV İmamverdi İbiş oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 95 saylı Laçın–Zəngilan–Qubadlı
1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 95 №-li Laçın-Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU