XUDİYEV Nizami Mənaf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 2 saylı Şərur – Babək seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU