TALIBOV Vasif Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 1 saylı Şərur– Sədərək
1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilmişdir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU