ƏLİRZAYEV Əli Qəmbərəlı oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 4 saylı Babək – Şahbuz
1945-ci il martın 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus və fransız dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 4 saylı Babək-Şahbuz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU