ƏHMƏDOVA Gülər Mikayıl qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 8 saylı Yasamal – Nəsimi
1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Respublika Uşaq Təşkilatının sədridir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 8 saylı Yasamal-Nəsimi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Milli Məclisin İntizam komissiyasının katibidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU