SEYİDOV Səməd İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 11 saylı Xətai üçüncü
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir, Psixologiya elmləri doktoru, professordur. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 11 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədridir. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU