QURBANOV Şamil Dünyamalı oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 12 saylı Nizami
1934-cü il mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Rus və alman dillərini bilir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 12 saylı Nizami seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU