TƏBRİZLİ Sirus Xudadat oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 13 saylı Nizami – Xətai
1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və fars dillərini bilir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədridir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU