İBRAHİMOV Nazim Hüseyn oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 14 saylı Qaradağ seçki dairəsi
1963-cü il dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. Beynəlxalq Kadr Akademiyasının müxbir üzvüdür. Rus dilini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 14 saylı Qaradağ seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU