XƏLİLOV Səlahəddin Sədrəddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 16 saylı Sabunçu – Suraxanı
1952-ci il fevralın 22-də Gürcüstanın Mameuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professordur. Beynəlxalq Rektorlar Şurasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Rusiya Ekologiya Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 16 saylı Sabunçu-Suraxanı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU