İNSANOV Əli Binnət oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1946-cı il martın 22-də Ermənistan Respublikası Noyemberyan rayonunun Baqrataşen qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur. Beynəlxalq Tibb Akademiyasının üzvüdür. İngilis, rus və erməni dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabnn 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU