NOVRUZOV Samur Həsən oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 24 saylı Nərimanov birinci
1938-ci il mayın 25-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskva ictimai Elmlər Akademiyasının əyani aspiranturasını bitirmişdir, Tarıx elmləri namizədidir. Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyası Şurasının və idarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 24 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU