RÜSTƏMXANLI Sabir Xudu oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1946 ci il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus və fars dillərini bilir. Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Birinci çağırış Azərbaycan Respublikası Milli Meclisinin deputatı olmuşdur. 2000 ci il noyabrın 5-də Vətəndaş Həmrəylivi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU