İBRAHİMLİ Fəzail Feyruz oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də Vətəndaş Həmrəyliyi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU