İSMAYILOV Fikrət İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini və Moskva Zərif Kimya Texnologiyası İnstitutunun elm və texnikanın yeni istiqamətləri üzrə "Kosmik texnologiya və kosmik materialşünaslıq" xüsusi fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. Azərbaycan Dövlət mükafatı laureatıdır. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU