HÜSEYNOV Rafael Baba oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri doktorudur. Fars, ingilis və rus dillərini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də Vətəndaş Həmrəyliyi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU