ƏHMƏDOV Ramiz Haşım oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1939-cu il martın 6-da Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir. Fəlsəfə elmləri namizədidir. Rus dilini bilir. Azərbaycan Kommunist Partiyasının sədridir. 2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Kommunist Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU