QURBANOV Rauf Müslüm oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1962-ci il avqustun 16-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunun şərabçılığın texnologiyası fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Kommunist Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Kommunist Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU