ƏLİYEV İlham Heydər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1961-cı il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Tarix elmləri, namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir, ingilis, fransız və rus dillərini bilir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin rəhbəridir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU