ZABELİN Mixail Yuryeviç

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1946-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya. fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun sovet quruculuğu fakültəsini bitirmişdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU