MANAFOVA Asya Sərdar qızı
1941-ci il yanvarın 3-də Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu və Moskva İctimai Elmlər
Akademiyasını bitirmişdir. Müsəlman Ölkələri Qadın Parlament Üzvləri Təşkilatının və “Qloba” Beynəlxalq Ekoloji Təşkilatının üzvüdür. Rus, ləzgi və türk dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və idarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı uzrə
deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir.
1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası