HƏSƏNOVA Məlahət İbrahim qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdir, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU