ƏSGƏROV Ziyafət Abbas oğlu
2000-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinidir. 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Resnublikası Rabək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, dosentdir. Rus və fransız dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının sədridir.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası