MOLLAZADƏ Asim Nazim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktorudur. Rus, ingilis və alman dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir. 2000-ci il noyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU