ŞAHTAXTİNSKAYA Nairə Əliabbas qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 26 saylı Nəsimi birinci

1951-ci il aprelin 16-da Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktorudur. Xorvat, serb, alban, ingilis dillərini bilir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 26 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU