ABBASOV Əli Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 28 saylı Səbail

1953-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olmuşdur. Moskva energetika İnstitutunun avtomatika və hesablama texnikası fakültəşini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Beynəlxalq İnformatizasiya Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 28 saylı Səbail seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyəti üzvünün əvəzedicisidir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU