PƏNAHOVA Amaliya Əliş qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 32 saylı Nizami (Gəncə)

1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatıdır. Sənətşünaslıq namizədi, dosentdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 32 saylı Nizami seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU