HACIYEV Asəf Hacı oğlu
c1i951- il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika Cəmiyyətinin üzvüdür. Rus, ingilis və alman dillərini bilir. Bitərəfdir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 33 saylı Kəpəz-Nizami seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.