QƏNDİLOV Bəhruz Seyfəddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 34 saylı Tərtər −Yevlax –Ağdaş – Göyçay

1958-ci il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Ümumittifaq Kinematoqrafıya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədi, dosentdir. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU