ŞƏRİFOV Ağakərim Şirəli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 35 saylı Lənkəran şəhər

1949-cu il noyabrın 1-də Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun elektrik rabitəsi fakültəsini bitirmişdir. rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-cı ıl noyabrın 5-də 35 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 5 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU