SADIQOV Fikrət Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 38 saylı Sumqayıt birinci

1940-cı il aprelin 28-də Naxçıvan Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Respublikanın əməkdar mühəndisi, Dövlət mükafatı laureatıdır. Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının və Beynəlxalq Ekologiya - Energetika Akademiyasının həqiqi üzvüdür. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2001-ci il yanvarın 7-də 38 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU