QULİYEV Fuad Xəlil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1941-ci il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mexanika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət mükafatı laureatı, respublikanın əməkdar mühəndisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU