MƏMMƏDOV Elman Camal oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 41 saylı Şuşa – Xocalı –Xocavənd – Tərtər- Kəlbəcər
1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 41 saylı Şuşa-Xocalı-Xocavənd-Tərtər və Kəlbəcər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 7 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU