MAHMUDOV Yaqub Mikayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 44 saylı Şəki kənd – Qax
1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Respublikanın əməkdar elm xadimidir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 44 saylı Şəki kənd - Qax seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU