ƏSGƏROV Şahlar Qaçay oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 45 saylı Tərtər–Kəlbəcər
1941-ci il iyunun 15-də Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Lütfizadə adma Beynəlxalq Akademiyanın həqiqi üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 45 saylı Tərtər-Kəlbəcər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU