SƏFƏROV Səttar İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 49 saylı Ağdaş
1937-ci il iyulun 18-də Ermənistan Respublikası Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasını bitirmişdir, iqtisad elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 49 saylı Ağdaş seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU